“Ərdoğana haqsızlıq edilib, onun günahı yoxdur” - Trampdan tarixi sözlər
ABŞ prezidenti Donald Tramp Osakada təşkil etdiyi mətbuat konfransında Türkiyə ilə S-400 gərginliyi haqda açıqlamalar verib.
“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, Tramp deyib ki, həmkarı Rəcəb Tayyib Ərdoğan çətin biridir və ona qarşı ədalətsiz davranıldığını düşünür.
“Obama (Barak Obama – red.) hakimiyyəti dövründə Ərdoğan bizim “Patriot” raketlərimizi almaq istədi, amma satmadılar. Müttəfiq olsaq da, Türkiyənin böyük ordusu olsa da, bu ədalətli davranış deyildi. Daimi olaraq Obama bu istəyə “yox” dedi. Sonra türklər Rusiyaya müraciət etdilər və S-400 aldılar. Çünki məndən əvvəlki hakimiyyət onlara “Patriot” almağa imkan vermədi. Bu arada, 100 ədəd də F-35 aldılar.
Bildiyiniz kimi, Ərdoğan rahib Bransonu geri verdi. Ərdoğan, fikrimcə, çətin biridir. Amma ona haqsızlıq edilib. “Patriot” ala bilməzsən” dedik, sonra başqa sistem altında fikrimizi dəyişdirdik. Qarışıq vəziyyətdir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək