Ərdoğan Türkiyənin Rusiyadan “S-500”lər ala biləcəyinə eyham vurub
“S-400” müqaviləsi tariximizdə Rusiya ilə bağlanan ən önəmli sazişlərdən biri hesab edilməlidir. Çünki bu, bir ticarət müqaviləsi deyil. Bu mərhələ eyni zamanda bir ortaqlıq və istehsala bərabər keçmə kimi anlaşılmalıdır”.
APA-nın yerli bürosunun məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan media nümayəndələrinə açıqlaması zamanı bildirib.
Ərdoğan deyib ki, “S-400”ləri almaqla Türkiyə müharibəyə hazırlaşmır, bu sistemin alınması ölkədə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün nəzərdə tutulub.
Türkiyə prezidenti “S-400” sistemləri üzərində nəzarətin tamamilə Türk Silahlı Qüvvələrinin əlində olacağını da vurğulayıb.
Daha sonrakı mərhələdə ortaq istehsal və “S-500”lərlə bağlı Rusiya ilə yeni bir saziş imzalanacağının gözləndiyini də qeyd edib: “Çünki bizə qarşı təhdid mövqeyində olan ölkələr varsa, biz də onlara qarşı müdafiəmizi qurmq məcburiyyətindəyik”.
Prezident həmçinin, “S-400” müqaviləsi ilə əlaqədar rəsmi Vaşinqtonun beşinci nəsil “F-35” döyüş təyyarələri ilə Türkiyəni təmin etməsindən imtina edib-etməyəcəyi məsələsinə də toxunub: “F-35”lər üçün bu günə qədər 1,4 milyard dollar ödənilib. Bir təyyarənin qiyməti 8 milyondur. Bu sadə bir məsələ deyil. Türkiyə “F-35” proqramından çıxarılarsa, onlar ödənilən məbləği qaytarmaq məcburiyyətində qalacaqlar”.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Qeyd edək ki, “S-400” havadan müdafiə sisteminin Türkiyəyə ilk idxalı iyulun 12-dən başlayıb. Ardınca Rusiyanın 3 yük təyyarəsi ilə sözügedən komplekslər Ankaradakı hərbi hava limanına endirilib. Bu gün isə “S-400”sistemilə bağlı Rusiyadan 7-ci daşınma hava limanına daxil olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək