Ərdoğan seçkilərə görə sabah iclas keçirəcək
AKP İstanbul Böyükşəhər bələdiyyə sədrliyi seçkisini dəyərləndirmək üçün sabah prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə toplantı keçirəcək.
“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, Mərkəzi İdarəetmə Qurumunun iclası Türkiyə vaxtı ilə saat 14:00-da başlayacaq.
Bundan başqa, Ərdoğan sabah Türkiyə Böyük Millət Məclisində (TBMM) partiyasının qrup toplantısına qatılacaq. Hər iki iclasda dünən baş tutan seçkilərin nəticələri müzakirə olunacaq.
Toplantıda Məclisə təqdim ediləcək islahatlar paketi ilə bağlı qanuni tənzimləmə məsələsi də müzakirə olunacaq.
Qeyd edək ki, dünənki səsvermədə CHP-li namizəd Əkrəm İmamoğlu qələbə qazanıb. AKP-li Binəli Yıldırım isə 44, 99% səslə ikinci olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək