Ərdoğan səlahiyyətlərini təhvil verib - Səbəb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib, bu barədə “Resmi gazete” nəşrində dərc olunan qərarda deyilir.
Məlumata görə, bu addım R.T.Ərdoğanın Yaponiyaya səfəri ilə əlaqədardır.
Bildirilir ki, R.T.Ərdoğan 28-29 iyun tarixlərində Osaka şəhərində G20 ölkələrinin zirvə toplantısında iştirak edəcək.
Qeyd edək ki, G20 sammitinə isə Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Meksika, Cənubi Koreya, Cənubi Afrika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Yaponiya, İspaniya, Sinqapur, Tayland, Misir, Seneqal, Çili, Vyetnam, Hollandiya, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı və s. ölkə və təşkilatlar daxildir.
Yaponiya ilk dəfə foruma evsahibliyi edəcək.
Xatırladaq ki, R.T.Ərdoğan sonuncu dəfə 14-15 iyun tarixlərində Tacikistanda Asiya Əməkdaşlıq və Münasibətlər Konfransında (CICA) iştirak edərkən səlahiyyətlərini təhvil vermişdi.
Trend
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər