“Ərdoğan Putin vasitəsilə ABŞ-ı çətin vəziyyətdə qoydu”
Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi alması, ABŞ-ın isə buna qarşılıq olaraq Türkiyəni F-35 proqramından çıxarması Ankara-Vaşinqton arasında gərginliyi xeyli artırıb.
Axar.az xəbər verir ki, bu barədə İngiltərənin “Finənşl Tayms” qəzetində məqalə dərc edilib.
Qəzet Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə münasibəti vasitəsilə Türkiyəni regional güc faktoruna çevirmək istədiyini bildirib. “Türkiyənin Rusiya mənimsəməsi ABŞ-ı çətin vəziyyətdə qoydu” başlığı altında yayımlanan məqalədə S-400 sistemlərinin geosiyasətdə tektonik dəyişikliyə səbəb olduğu vurğulanıb.
Bundan əlavə, Osmanlı dövlətinin Rusiya tərəfindən dəfələrlə məğlubiyyətə uğradıldığı, “Soyuq müharibə” dövründə də Türkiyənin NATO tərəfində Rusiyaya qarşı cəbhədə yer aldığı xatırladılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Toyda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanaya yerləşdirilib - VİDEO
"Facebook"un moderatoru psixi xəstə oldu
Trampdan qalmaqallı imza – ABŞ İran ordusunu terror təşkilatı elan etdi
“Sərsəng”də bu gecə terror törətmək istəyən PKK-çılar məhv edildi
NASA qaz fırtınasının möhtəşəm görüntülərini yayımladı - FOTOLAR
Hikmət Hacıyev: "Atəşkəs sülh deyil"
Polis tüstüdən zəhərlənən şəxsi belə xilas etdi - VİDEO