Ərdoğan İstanbul zəlzələsində yaralananların sayını açıqladı
İstanbulda zəlzələ nəticəsində səkkiz nəfər yaralanıb, zəlzələ nəticəsində şəhərin bəzi yerlərində binalarda çatlar əmələ gəlib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
O qeyd edib ki, bu saata qədər 28 yeraltı təkan qeydə alınıb.
Zəlzələnin fəsadlarını aydınlaşdırmaq məqsədilə vitse-prezident Fuat Oktayın rəhbərliyi altında dövlət komissiyası da yaradılıb.
Qeyd edək ki, 5,8 bal gücündə baş verən zəlzələ nəticəsində İstanbulda telefon və sosial şəbəkələrin istifadəsində ciddi problemlər yaranıb.
Meydana gələn zəlzələ ilə əlaqədar məktəblərdə tətil qərarı verib. İstanbul küçələrində nəqliyyatın hərəkətində də ciddi problemlər yaşanıb. Bəzi yerlərdə böyük tıxacların yarandığı qeyd edilir.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək