Ərdoğan Avropaya şərt qoydu
“Suriya ilə sərhəddə təhlükəsiz zonayla bağlı şərtlərimiz qəbul olunmasa, qaçqınlara Avropanın qapılarını açacağıq. Bu yükü ancaq biz çəkməliyik?! Qaçqınlarla bağlı məsələdə başda Avropa İttifaqı olmaqla, yetərli dəstək almadıq”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında keçirilən genişləndirilmiş iclasda deyib.
Prezident bildirib ki, 8 ildir Türkiyədə 3 milyon 650 nəfər suriyalı məskunlaşıb.
O qeyd edib ki, Qərbdəki bəzi dövlətlər kimi, ancaq 50, 100 qaçqına sığınacaq verilməyib: “İndiyə qədər qaçqınlara xərclənən vəsaitin həcmi 40 milyard dolları ötüb. Avropa İttifaqının vəsaiti bizim büdcəmizə deyil, beynəlxalq təşkilatlara yönləndilir. Bu da ümumilikdə 3 milyard avro edər, ya etməz. Onlar verdikləri vədləri pozdular. Təhlükəsiz zona mövzusunda ABŞ, Rusiya və Almaniya ilə də danışıqlarımız davam edir. Bizə təklifiniz gözəldir deyirlər, amma əməli işə gələndə, buna əməl etmirlər. Biz yenə də təklifimizdə israrlıyıq. Əfqanıstandan gələn qaçqınlar da var, bunu da nəzərə almırlar. O zaman biz də qaçqınlar üçün Avropanın qapılarını açmaq məcburiyyətində qalacağıq”.
Qeyd edək ki, bu ilin 5-7 avqust tarixlərində Türkiyə və ABŞ-dan olan hərbçilərin Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması ilə bağlı görüşlər keçirilib. Türkiyə Müdafiə Nazirliyində keçirilən görüşlərin nəticəsi olaraq Suriyanın şimalında təhlükəsiz zona yaradılması barədə razılıq əldə olunub. ABŞ-la birgə təhlükəsiz zonanın idarə edilməsi üçün Türkiyədə Müştərək Hərəkat Mərkəzinin qısa müddətdə yaradılması haqda razılıq əldə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çin Tayvana hərbi təyyarə göndərməsinin səbəbini açıqlayıb
Putin Zelenski ilə danışıqlar üçün öz şərtlərini açıqlayıb
Paşinyanın həyat yoldaşı Azərbaycana səsləndi
Gürcüstanda karantin rejiminin müddəti uzadılıb
Ukraynanın güvəndiyi ölkələr
BMT TŞ Venesueladakı vəziyyətin müzakirəyə çıxarılmasının lehinə səs verib