Musavat.com -un təqdim etdiyi bu kiçik videoda son günlərə qədər rəqib kimi mübarizə aparan iki şəxsin mühüm mövzulara dair baxışlarındakı fərqlər əks olunub.

Rauf Arifoğlu və İqbal Ağazadə: 35 saylı Xətai III Seçki Dairəsindən deputatlığa namizəd kimi bir – biri ilə yarışan iddiaçıların baxışlarında və dünyagörüşlərində də ciddi fərqlər varmış.

4 mühüm və milli – mənəvi mahiyyətli məsələyə Rauf Arifoğlunun və İqbal Ağazadənin baxışları:

1. Türkiyə – Ermənistan sərhədlərinin açılması, Türkiyənin Ermənistana tətbiq etdiyi blokadanın aradan qaldırılması:

Rauf Arifoğlu bunu Azərbaycana və Türk dünyasına xəyanət sayır, “Ermənistanı gücləndirəcək”, deyir, İqbal Ağazadə bunu öz siyasətinin prioriteti elan edir, blokadanın aradan qaldırılması üçün illərdir təbliğat aparır, açıq mövqe qoyur.

2. Təkcinsli nikahların Azərbaycanda qanunlarla təsbit olunması, yəni kişinin kişi, qadının qadınla rəsmi nikah bağlamasına dövlət səviyyəsində icazə verilməsi:

Rauf Arifoğlu bunu milli mentalitetə və İslam dininə zidd hesab edir, yolverilməz sayır. İqbal Ağazadə bəyan edir ki, hakimiyyətə gəlsə, prezident olsa, buna imkan yaradacaq.

3. Fahişəliyin leqallaşdırılması, fahişəxanaların rəsmiləşdirilməsi.

Rauf Arifoğlu bunu zərərli və Azərbaycan üçün yolverilməz sayır, İqbal Ağazadə bunun vacibatını əsaslandırır, mühüm sayır. Hətta konkret təkliflərlə çıxış edir.

4. Narkotik və nikotinə (siqaret) münasibət:

Rauf Arifoğlu deyir, siqaret çəkmir, çəkilməsinə və təbliğ olunmasına pis baxır, ömrü boyu narkotikdən istifadə etməyib… İqbal Ağazadə müsahibələrində hər ikisinin açıq təbliğatını aparır, bəyan edir ki, 4 yaşından siqaret çəkir, dəfələrlə narkotikdən istifadə edib…

Bu müqayisələri və video – kollajı ona görə etdik ki, cəmiyyət və seçicilər böyük dəyərlərdən danışanların həmin dəyərlərə münasibətini öz dillərindən eşidib, görsünlər. Bəlkə yaxın gələcəkdə seçim üçün onlara lazım oldu.