Ramil Şeydayev yenidən Rusiya çempionatında qol vurdu
Minval.info // Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” komandası Rusiyanın Premyer Liqasında növbəti oyununu keçirib.
“Report” xəbər verir ki, Samara təmsilçisi XIX turda evdə “Yenisey”lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Şeydayev 80-ci dəqiqədə Sergey Kornilenkonun yerinə oyuna daxil olub. 23 yaşlı hücumçu 81-ci dəqiqədə komandasının 4-cü qoluna imza atıb.
Bu nəticədən sonra “Krılya Sovetov” turnir cədvəlində 21 xalla 13-cü pillədə qərarlaşıb. “Yenisey” isə 11 xalla sonuncu – 16-cı yerdədir.
Qeyd edək ki, Ramil Şeydayev ötən turda “Lokomotiv”lə görüşdə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı