24.10.2019 - 13:50
İdman 1 baxış

Ramil Şeydayev klubunu dəyişə bilər

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yenidən komandasını dəyişə bilər.

Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı hücumçunun Moskva “Dinamo”su ilə müqaviləsində tərəflərin təzminat ödəmədən əməkdaşlığın ləğvi ilə bağlı bəndin yer aldığı bildirilib.

“Dinamo” rəhbərliyinin gələn mövsüm Premyer Liqada tətbiq ediləcək yeni limit səbəbindən Şeydayevlə yolları ayırmaq variantına baxdığı vurğulanıb.

Qeyd edək ki, Ramil bu mövsüm Rusiya Premyer Liqasında oynadığı 7 matçda qol vura bilməyib. O, 2019-cu ilin yayından Moskva təmsilçisində çıxış edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: