Qurbanov klubsuz qalıb: "Sözün düzü, fərq etmir..." - Müsahibə
Minval.info əməkdaşı futbol üzrə milli komandanımızın üzvü olan Ruslan Qurbanovdan müsahibə alıb. Hazırda heç bir klubda forma geyməyən hücumçuya “Səbail” “Keşlə” matçını izələyərkən yaxınlaşdıq.
-Ruslan, “Səbail”dən ayrıldın, indi hansı kluba keçməyin gözlənilir ?
-Bir neçə klubla danışıqlar gedir, adlarını hələ açıqlamaq istəmirəm.
ƏLAQƏLİ
Fidan Hacıyevadan həyat yoldaşı ilə bağlı səmimi etiraf: "Məni hər dəfə məscidə aparırdı"
-Bizdə olan məlumata görə, ölkə xaricindən təkliflər almısan, doğrudurmu ?
-Bəli, 3 ölkədən təklif var – Kipr, Polşa, Yunanıstandan.
-Hansı ölkəyə getməy daha uyğun görürsən?
-Sözün düzü, fərq etmir. Mənə ona görə, şərtləri və şəraiti yaxşı olanı dəyərləndirməyə çalışacağam.
-Qarşıdakı mövsümdə əsas məqsədin nədir ?
– Zədəsiz mövsüm arzulayıram, həm özümə, həm başqa futbolçulara və əsas məqsədlərdən biri çoxlu qollar vurub, bombardir olmaqdır.
– “Səbail”dən hansı hisslərlə ayrılırsan?
– Mən çox şadam ki, bu komandanın bir parçası oldum.”Səbail”ə Avrokuboklarda uğurlar arzu edirəm. Həmçinin “Qarabağ, “Neftçi” və digər klublarımıza da.
Ağa Dadaşzadə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Elməddin Cəfərov: “Heç vaxt qadın paltarı geyinmərəm”
“12 manatla "Gelandewagen" almağa getdim, xəstəsiyəm" - Baləli
"Mədəniyyət naziri nazir kimi deyil, insan kimi..." - Hikmət Rəhimov