“Qocalar evi”ndə yaşayan cütlüyün 48 illik sevgisi: Mənsiz bir gün də qala bilməz - VİDEO
Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür. 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ölkəmizdə 2003-cü ildən bəri Sevgililər günü kimi qeyd olunur.
Baku TV-nin əməkdaşları bu günlə əlaqədar uzun illərdir bir-birinin yanında olan, illərə rəğmən hələ də bir-birini sevən, hörmət edən Talıbov cütlüyündən süjet hazırlayıb.
Pikə və Hafiz Talıbov cütlüyü dünən – yəni iyunun 29-da evliliklərinin 48-ci ildönümü qeyd ediblər. Deyirlər ki, sevgilərini qorumağa bir şey yardım edib: mehribanlıq.
ƏLAQƏLİ
2 əsrlik Zaqatala qalasında gördüklərimiz: Çar Rusiyasının işğalını ilan təhlükəsi əvəzləyib - FOTO
Cütlük deyir ki, çox gözəl həyat sürüblər, lakin onlar da ev dələduzlarından yan keçə bilməyiblər.
Cütlüyün 100 min dollar verərək aldıqları ev fırıldaqçıların yeminə çevrilib.
Onlar isə üz övladlarına yük olmamaq üçün üz tutublar “qocalar evi”nə…
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"15 hərbçi yanğından əvvəl öldürülmüşdü"
LAÇINda çörək satan qazi : "Mən bura qazanc dalınca gəlməmişəm...
İranın Turan qapısı qorxusu, iğtişaşların, təlimlərin pərdəarxası - REPORTAJ