Qlobal istiləşmə Yer üzündə ölümcül infeksiyalar yaradıb - İnsanlıq təhlükədə
Alimlər Yer üzündə 3 müxtəlif yerdə elmə məlum olmayan, alimlərin ilk dəfə təyin etdiyi sirli göbələk növü aşkarlayıblar.
Medicina.az bildirir ki, hələ 3 il əvvəl dünya səhiyyə mütəxəssisləri yüzlərlə klinikanı xəbərdarlıq etmişdilər ki, yer üzündə yeni, serətlə yayılan və 90% dərmanlara davamlı olan göbələk infeksiyası aşkarlanıb.
Candida ailəsinə mənsub yeni göbələyə yoluxma 30 ölkədə qeydə alınıb.
Alimlər bildirir ki, əslində infeksiya daha geniş yayılıb, sadəcə onu xüsusi laborator metodlar olmadan təyin etmək mümkün deyil. İnfeksiya xəstəxana, klinikalar, xəstələr və həkimlər arasında ötürülməklə yayılır. Nəticədə ürək, damarlar, baş beyin yoluxur.
Bu infeksiyada ölüm faizi yüksəkdir, hər 3-4 xəstədən biri ölür.
Eyni illərdə həm Afrika, həm Cənubi Amerika, həm də Hindistanda kütləvi yayılmasının səbəbi kimi qlobal istiləşmə göstərilir. ABŞ alimləri bildirir ki, hələ bu başlanğıcdır. Qlobal iqlim dəyişikliyi insanları hələ çox yeni təhlükəli infeksiyalarla üz-üzə qoyacaq və tibb buna qarşı hazırlıqlı deyil.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək