Qızları fahişəliyə cəlb edən dəstə yaxalandı - Əllərini qaynar suda yandırırlarmış... / FOTOLAR
Türkiyədə xarici ölkələrdən qadınları aldadaraq gətirən, onları zorla fahişəliyə cəlb edən dəstə yaxalanıb.
Bu gün səhər saatlarında İstanbul polisi böyük əməliyyat keçirib. Əməliyyat nəticəsində 21 əcnəbi qadın xilas edilib, 11 nəfər dəstə üzvü isə saxlanılıb.
Qadınların ifadəsi hər kəsi şoka salıb. Onlar bildiriblər ki, Türkiyəyə işləmək vədi ilə dəvət ediliblər. Ancaq sonradan dəstə üzvləri tərəfindən tanımadıqları kişilərlə intim əlaqədə olmağa məcbur ediliblər.
Pasportu əlindən alınan qadınların çoxu təhdid və şantajlar qarşısında asanlıqla təslim olub. Fahişəliklə məşğul olmaq istəməyənlərə isə ağır işgəncələr verilib. Hətda onlardan bir neçəsinin əli qaynar suda yandırılıb.
Qeyd edək ki, sözügedən qadınların çoxu Orta Asiyadandır. Redaktor.az


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır