Qebreyesus: “ÜST COVID-19 ilə mübarizədə göstərdiyi köməyə görə Azərbaycana minnətdardır”
“Bu videokonfransa dəvət etdiyi üçün Azərbaycan Prezidentinə təşəkkür edirəm. Həmçinin COVID-19 ilə mübarizə üçün 5 milyon ABŞ dolları ayırdığı üçün Azərbaycan hökumətinə də təşəkkür edirəm”.
“Report” xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhan Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən videokonfransı zamanı deyib.
Bundan əvvəl Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılma riskinin qarşısını almaq üçün beynəlxalq səylərə töhfə olaraq ÜST-nin Strateji Hazırlıq və Reaksiya Planı çərçivəsində COVID-19 Fonduna beş milyon ABŞ dolları həcmində könüllü maddi yardım göstərilməsi barədə qərar qəbul edib.
T.A.Qebreyesus qeyd edib ki, ÜST Qoşulmama Hərəkatı ölkələrini koronavirusla mübarizədə dəstəkləyir: “Belə qlobal epidemiya şəraitində millətlər və dövlətlər həmrəy olmalıdırlar. Bu ilin yanvar ayında koronavirusun pandemiya elan edilməsindən sonra virus bütün ölkələrdə həyatın siyasi, iqtisadi və sosial sahələrinə təsir etdi, panika çaxnaşma yaratdı. O, inkişafda ciddi problemlər yaratdı. Qarşımızda sadə missiya var – planetimizi qorumaq. İndi bütün maraqlı tərəflər, dövlətlər və özəl sektor bunun üçün hər şeyi etməlidir. Buna görə də bu mərhələdə hərtərəfli beynəlxalq əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsi çox vacibdir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Brüsseldə İlham Əliyevin Trampla səmimi görüşü - VİDEO
İspaniya Kataloniya separatizminə demokratik seçkilərlə son vermək istəyir
Əhalisi ən az olan 10 ölkə - SİYAHI
Makedoniya prezidenti ölkənin adını dəyişməkdən imtina etdi
Yaponiya hökuməti əcnəbi işçilərin sayını artırmaq niyyətindədir
Makronu şillələyən şəxs həbs olundu