“Bu yolda ona heç bir maneçilik olmamalıdır… O, bizim parlamentdəki səsimiz olacaq”
Tanınmış döyüşçü Alik Muradov (Qazaxlı Alik) 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlunu dəstəkləyib.
O, bildirib ki, R.Arifoğlu qanlı-qadalı xatalardan,bəlalardan, zülmlərdən keçimş bir insandır: “Özü də hər zaman haqqı deyən, dürüst və dirəşən insan olub. Mən Rauf Arifoğlunu tək jurnalist yox, döyüşçü-jurnalist adlandırıram. Cavan vaxtımızda belə, sağımıza-solumuza baxanda görürdük ki, Rauf hər zaman yanımızdadır. Hər zaman yardımı ilə gələrdi. Sizi inandırım ki, bizim vuruşmağımız, hansısa bir düşmən qabağında güllə yarasına tuş gəlmək ehtimalı olduğu halda, Rauf Arifoğlu da bu təhlükənin içində idi. Nə qədər tüfənglər, qurşunlar ona da tuşlanmışdı. O, düz sözü ilə kimlərisə narahat edirdi. Rauf Arifoğlu layiqli namizəddir. İnanıram ki, Milli Məclisdə ən önəmli insanlardan biri olacaq. Rauf Arifoğlu haqqın səsini deyən insandır. Ona görə də layiqli övladdır. Rauf Arifoğlu bu günkü gündə deputat seçilməyə ən layiqli adamdır. O, Azərbaycanın haqq səsini orda təmsil etməyə qadirdi. O, bizləri, biz döyüşçüləri də orda təmsil edəcək. O, əlillərin, döyüşçülərin, qazilərin dərdlərini, problemlərini onların özlərindən də yaxşı bilir. Deputat olsa, bu kateqroriyadan olan insanların da problemlərini həll edəcək. Çünki qanunvericilikdə boşqluq yaranarsa, o,səs vermə ilə bu müzakirələrlə, qanunların qəbulunda iştirak edəcək. Bu yolda ona heç bir maneçilik olmamalıdır. Daha da sevinməliyik.O, onsuz da bu günə qədər özünü xalqın, qazilərin, döyüşçülərin, təqaüdçülərin qulluqçusu sayıb. Bundan sonra da elə olacaq”.



































