Qazaxıstanda latın əlifbasına keçid daha 10 il uzana bilər
Qazaxıstanda latın əlifbasına keçid dövlət başçısının müəyyən etdiyi vaxtdan daha 10 il uzana bilər.
Ölkənin diplomatik dairələrindən “İzvestiya” qəzetinə bildiriblər ki, tam keçid 2030-35-ci illərə kimi davam edə bilər.
Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko latın əlifbasına keçidin zərurətindən danışaraq bunun beynəlxalq içtimaiyyətə inteqrasiya üçün edildiyini açıqlayıb. O həmçinin bildirib ki, latın əlifbasına keçid ölkədə rus dilinin statusuna heç bir təsir göstərməyəcək.
Hökumətin əvvəlki planlarına əsasən, 2021-ci ilə kimi kiril qrafikası pasportlardan yox olmalıdır, 2024 ilə qədər isə dövlət orqanlarının sənəd mübadiləsi tam latın qrafikasına keçməli idi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək