Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə səhər saatlarında şəhərin mərkəzindəki Uşaq Xəstəxanasının yaxınlığında qeydə alınıb.
“İveco” markalı mikroavtobusun vurduğu 1961-ci il təvəllüdlü İradə Tanrıverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.


































