Qaşıqçı cinayətində ilginc detal: "Təndiri yandırmağımı istədilər"
2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının cinayət işində qəribə detal üzə çıxıb.
Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, hadisənin baş verdiyi tarixdə konsulluqda texniki işçi olan Zeki Demir 11-ci Ağır Cəza Məhkəməsində Qaşıqçının öldürülməsi ilə əlaqədar şahid kimi ifadə verib.
Qaşıqçının nişanlısı Xədicə Cengizin də iştirak etdiyi məhkəmədə Zeki Demirin dediyi sözlər hər kəsi şoka salıb.
O, bildirib ki, Qaşıqçının itdiyi gün ona konsulluqda yerləşən təndiri yandırmağı tələb ediblər: “Məndən təndiri yandırmağımı istədilər. Ətrafda bir təşviş vardı. Oradan mümkün qədər tez ayrılmağımı istəyirdilər. Təndiri yandırdım. Ətrafdakı mərmər parçalarının rənginin dəyişdiyini gördüm. Düşündüm ki, kimyəvi maddə ilə yuyulduğu üçün belə olub. Təndir qapağının altında olan mərmərlər də parçalanmışdı”.
Xatırladaq ki, 2018-ci ildə Qaşıqçının cəsədi axtarılarkən, konsulluqdakı həmin təndirin içi də araşdırılmışdı. Lakin heç bir izə rast gəlinməmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi