Qasım Qureyşi: "amerikalılar düşünməsinlər ki..."
İranın Ali rəhbəri Müctəba Xamenei, raketlərin uçuş məsafəsinə dair məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əmr verib. Bu qərara əsasən, hədəfi dəqiq vuran və 2 min kilometr məsafəni qət edə bilən silahların istehsalı nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu haqda İranın “Bəsic” qüvvələrinin rəhbərinin müavini briqada generalı Qasım Qureyşi jurnalistlərə açıqlama verib.
Qasım Qureyşi bildirib ki, “Ali rəhbərin bu göstərişi silahlı qüvvələrdə avadanlıq, silah, kəşfiyyat və atəş gücü baxımından artıq həyata keçirilib.”
“Amerikalılar düşünməsinlər ki, 1000 və ya 2000 kilometr radiusa çəkilməklə təhlükəsizlikdə olacaqlar. Əvvəllər İran raketlərini “fotoşop” və “su qızdırıcısı” adlandıranlar, indi o məsafədə də özlərini təhlükəsizlikdə hiss etməyəcəklər. Lazım gəldikdə, Rəhbərin qərarı silahlı qüvvələr tərəfindən icra olunacaq” – deyə iranlı general əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
1,3 milyon miqrant Avropa İttifaqına üz tutacaq
Fransada prezidentliyə namizəd Ruffin yarışdan çəkildi
İki kosmik aparat Merkurinin orbitinə daxil oldu
Rusiyadan Ukraynaya art arda PUA hücumları
Fransada yaşam xərclərinə qarşı kütləvi etirazlar davam edir
Dünyanın yeni mini Ayı: 2026 QQ8-in təbii mənşəyi təsdiqləndi
İsrail və ABŞ İranla bağlı ortaq planlar hazırlayır