"Qarabağ" leqioeri ilə yollarını ayırdı
Minval.info // Ağdamın “Qarabağ” klubunun futbolçusu Ansi Aqolli karyerasını ABŞ-da davam etdirəcək. ONA-nın məlumatına görə, albaniyalı müdafiəçi “Nyu-York Kosmos” klubu ilə anlaşıb.
O, ən azı 1 il Şimali Amerika təmsilçisində çıxış edəcək. Ansinin seçimində ailəsinin də ABŞ-da yaşaması rol oynayıb.
“Qarabağ” rəhbərliyi 2010-cu ildən bu klubda çıxış edən müdafiəçinin xidmətlərini nəzərə alaraq onun keçidinə müsbət yanaşıb. Aqolli ilə mövsümün sonunda başa çatacaq müqaviləyə qarşılıqlı şəkildə xitam veriləcək.
Bu, Topaz Premyer Liqasının XXI turunun “Səbail”lə matçından sonra rəsmiləşəcək.
Qeyd edək ki, martın 15-də keçiriləcək vida xarakterli bu matç Ansinin heyətində ardıcıl 5 dəfə Azərbaycan çempionu olduğu “Qarabağ”da 317-ci oyunu olacaq. İndiyədək 316 matça çıxan müdafiəçi 4 qol vurub. Bunlardan 223-ü çempionat (3 qol), 24-ü kubok, 69-u avrokuboklara (1 qol) təsadüf edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı