"Qarabağ"la final xarakterli oyunun mənasını anlamırlar" - APOEL rəsmisi
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək APOEL – “Qarabağ” oyununa yerli azarkeşlərin marağı azdır.
Qol.az Kipr mətbuatına istinadən xəbər verir ki, Nikosiya təmsilçisi matça bilet satışının aşağı səviyyədə olmasından narahatdır.
Klubun mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos “Super-SportFM”ə açıqlamasında Ağdam klubu ilə oyuna 2 gün qalmasına baxmayaraq, cəmi 8800 bilet satıldığını deyib:
“Belə bir oyuna maraq göstərməyənlər APOEL azarkeşi olduqlarını söyləyə bilməzlər. Xüsusən də, final xarakterli oyundan danışırıqsa. Onlar komandamızın Avropa Liqasında 1/16 final mərhələsinə vəsiqə qazanmasına maraq göstərmirlərsə, başqa nə deyəcəyimi bilmirəm. Dolu tribunalar önündə, güclü azarkeş dəstəyi altında oynamağımızı çox istəyirəm. Çünki bizim indi buna ehtiyacımız var. Görünür, yuxudadırlar, mübarizənin mənasını anlamırlar. Komanda bütün gücünü meydanda qoymağı vəd edir”.
Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı