“Qarabağ”ın oyununa neçə bilet satılıb?
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – APOEL oyununda anşlaq olacaq.
Minval.info xəbər verir ki, bu barədə klub “facebook” səhifəsində paylaşım edib.
Belə ki, görüşün keçirilməsinə hələ bir gün vaxt qalmasına baxmayaraq, biletlər tükənmək üzrədi. Satışa çıxarılan 30 min biletdən yalnız 3000-i öz sahibini gözləyir. Hazırda 27 min bilet artıq satılıb.
Bildirilir ki, oyundan əvvəl bütün oturacaqlara Azərbaycan bayrağı qoyulacaq və əsl bayraq şousu olacaq:
“30 minlik bayraq şousunda iştirak et, “Qarabağ”ımızla dayanmadan 90 dəqiqə qələbə üçün birlikdə mübarizə aparaq!”
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçına saat 20:55-də start veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı