"Qarabağ"dan ayrılandan sonra futbol oynamaq istəmirdim" - Reynaldo
“Hazırda fərdi məşqlər edirəm. Ona görə də oyunlara baxmaq imkanım çox olmur. Amma istənilən halda “Qarabağ”ın nəticələrini izləyirəm”.
Bu sözləri “Qarabağ”ın sabiq forvardı Reynaldo deyib.
Ağdam klubunun ən yaddaqalan forvardlarından olmuş Reynaldo Ağdam təmsilçisinin Avropa Liqasındakı çıxışı və qrupdan çıxmaq şanslarını dəyərləndirib: “Qarabağ”ın qrupdakı çıxışı yaxşıdır. İnanıram ki, “Qarabağ” növbəti mərhələyə çıxacaq. APOEL və “Sevilya”ya qarşı çətin olacaq. Amma futbolda hər şey mümkündür. Ümidvaram ki, “Qarabağ” üçün hər şey yaxşı olacaq”.
Hazırda klubsuz olan braziliyalı oyunçu yenidən Azərbaycana qayıtmaq istədiyini söyləyib: “Qarabağ”dan ayrıldıqdan sonra çox üzülmüşdüm, heç futbol belə oynamaq istəmirdim. “Qarabağ” və Azərbaycan millisinə hər zaman uğurlar arzulayıram, onların yaxşı nəticələr qazanmasını istəyirəm. Orada yaşayan dostlarıma da həmçinin. Azərbaycana qayıtmaq istəyərdim. Hər şeyi zaman göstərəcək” (Sportinfo.az).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı