Qara Qarayev: "Bizim oyunlarda əski parçasını gətirib bayraq kimi göstərmək..." - FOTOLAR
“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev sabah APEOL-ə qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Minval.info xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında o, oyuna yaxşı hazırlaşdışdırlarını, ciddi itkilərinin olmadıqlarını bildirib.
“Futbolçular üçün ən vacibi həm fiziki, həm də psixoloji cəhətdən hazır olmaqdır. Fikrimcə, bu baxımdan yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, öz meydanımızda azarkeşlərimizi sevindirək”.
Q.Q arayev APOEL-i yaxşı tanıdıqlarını söyləyib: “Aramızda gizli bir şey qalmayıb. Rəqib də bizi tanıyır. Ən böyük üstünlüyümüz evdə oynamağımızdır. Azarkeşlərin dəstəyi bizə əlavə motivasiya verə bilər”.
“Düdelanj”la oyunda baş verənlərə bir daha münasibət bildirən Q.Qarayev onların işinin ölkənin bayrağını uğurla təmsil etmək olduğunu söyləyib: “İdmançı kimi siyasəti idmana qatmaq istəmirik. Dünya arenasında işimizi meydanda görmüşük. Qarabağ bizimdir, bunu bütün dünya bilir. Bizim olan dəyərlərə görə, qıcıq olmuruq. Kiməsə sübut edəcək bir şey də yoxdur. Daha əvvəl də demişdim. “Qarabağ”ın avrokubok oyununda əski parçasını gətirib iddia etmək özü gülüncdür”.
Məhəmməd Türkmən
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı



