30.08.2026 - 20:21
Dünya 35 baxış

Qara dənizdə tankerə PUA hücumu: Türkiyədə saya oturdu

Qara dənizdə Honqkonq bayrağı altında üzən “M/T Golden Sapling” tankeri Türkiyə sahillərindən təxminən 90 mil məsafədə hərəkətdə olarkən pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Hücum nəticəsində zədələnən tanker, bu gün Türkiyənin Samsun vilayətinin Alaçam rayonunda sahilə çıxaraq saya oturub.

Minval.info xəbər verir ki, hadisə zamanı tankerin 21 heyət üzvü “Maran Pytha” gəmisi tərəfindən təxliyə edilərək Rusiyanın Novorossiysk limanına aparılıb. Tankerdən son siqnalın avqustun 26-da saat 02:00 radələrində alındığı bildirilib.

Hadisə yerinə Türkiyə Sahil Mühafizəsi və Liman Baş İdarəsinin əməkdaşları cəlb olunub. İnsidentlə bağlı araşdırma aparıldıqdan sonra müvafiq prosedurların başlanması gözlənilir. Tankerin sahildən hansı üsulla çıxarılacağı və hansı istiqamətə yedəyə aparılacağı ilə bağlı qərar isə aparılacaq qiymətləndirmələrdən sonra veriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: