Qara dəliyin ilk fotosunu əldə edən qız bir neçə saatın içində dünyaca məşhurlaşdı – FOTOLAR
Bir neçə gün əvvəl “qara dəlik” nəzəriyyəsi elmi cəhətdən tam təsdiqini tapdı. Belə ki, nəhayət, qara dəliyin fotoşəklini əldə etmək mümkün oldu.
Ardınca Keti Bouman adlı qız bütün dünyada məşhurlaşdı. Məhz kompüter texnoloqu olan Ketinin yaratdığı proqram təminatı qara dəliyin fotosunu əldə eyməyə imkan verib. Bu, tarixdə qara dəliyin ilk fotosudur.
Bizimyol.info xəbər verir ki, fotoşəkildə yer alan mənzərə Yer kürəsindən 500 milyon trilyon (rəqəm uzun olduğuna görə bu formada ifadə olunur) kilometrlik məsafədə yer alıb. Doktor Boumanın yaratdığı proqram əvvəllər mümkünsüz hesab edilən bir təşəbbüsü reallığa çevirib.

O, proqram alqoritmini 3 il əvvəl yazmağa başlayıb. O vaxt xanım Bouman Massaçusets Texnologiya İnstitutunda magistratura təhsili alırdı.
Qara dəliyin ilk fotosu Event Horizon Teleskopu vasitəsilə əldə edilib. Bu teleskop 8 teleskopu özündə birləşdirən şəbəkədir. Teleskopların əldə etdiyi təsvirləri birləşdirib qara dəliyin fotosunu çıxarmağa isə məhz Boumanın proqramı imkan verib.

Foto yayıldıqdan az sonra Keti Bouman dünyaca məşhur simaya çevrilib və bütün sosial şəbəkələrdə trendə çevrilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
