Türkiyədə onlarla “qanuni oğru”nun gözləri önündə kriminal aləmdə “Tarzan” ləqəbi ilə tanınan 31 yaşlı İrakli Rexviaşvili vəhşicəsinə döyülüb və oğru titulundan məhrum edilib. 

Minval.İnfo xəbər verir ki, bununla bağlı “primecrime” məlumat yayıb.  Bildirilib ki, hadisə sentyabrın 29-da baş verib. Tarzan Türkiyəli “qanuni oğru”larla görüşə gedib. Onun yanında Kaxi Oraqvelidze də olub. Tarzanın 2014-cü ildə kriminal avtoritet Roman Xmaladzenin (Roma Batumski) oğru titulundan məhrum edilməsinə görə qisas alınması bu hadisəyə səbəb olub.

Digər iddialara görə, görüş zamanı orada olan Tuqusşi Akakiy Gelaeviç, tanınan adı ilə Enço Batumskini görən İrakli, “Bu Dato Osmanovu bıçaqlayan Ençodur” deyə sual verib. Hadisə də bundan sonra baş verib.

Bundan başqa, Tarzanın “qanuni oğru” Mindiya Qoradzenin (Lavasoqlı Batumski) ünvanına səsləndirdiyi fikirlər səbəbindən döyüldüyü də iddia edilir.

Minval.İnfo