Ali Baş Komandan İlham Əliyevin sərəncamına uyğun olaraq Vətən Müharibəsində iştirak edən hərbi qulluqçular ordudan təxris edilir.

Fanat.Az xəbər verir ki, torpaqlarımızın işğaldan azad olunmasında böyük igidlik göstərən əsgər və zabitlərimiz əsl qəhrəmanlar kimi qarşılanır, onların evlərinə dönüşü yaşadıqları ərazilərdə toy-bayrama çevrilir.

Belə möhtəşəm qarşılanma mərasimlərindən biri də dünən gecə Salyan rayonunun Sarvan kəndində yaşanıb. Vətən Müharibəsinin ilk günlərindən orduya yollanan baş leytenant Eltac Abuşov doğma kəndində izdihamla qarşılaşıb. Eltac Abuşov torpaqlarımızın azad olunması zamanı iki dəfə yaralanıb, hərbi qospitalda müalicəsini başa vuran kimi xidmət yerinə, öz əsgərlərinin yanına qayıdıb. Füzulidən Murova, Hadrutdan Laçına kimi böyük döyüş yolu keçən baş leytenant xidmətini başa vuraraq, dünən gecə doğma kəndinə dönüb.

Uzun illərdi “Qalatasaray”a azarkeşlik edən baş leytenantı qarşılayanlar arasında sevimli klubunun atributları ilə “silahlanan” futbolsevərlər də olub.