Qadını öldürərək beynini bişirib yeyən 21 yaşlı oğlan tutuldu - FOTOLAR
Qadını öldürdükdən sonra başını parçalayan və beynini yeyən kişi ingilis dilində danışanda üzüldüyünü söyləyib.
Musavat.com xəbər verir ki, hadisə Filippində baş verib.
21 yaşlı gənc Lyoyd Bagtong poils tərəfindən saxlanılıb. Polis qatilin evinin yaxınlığında qadının bədən üzvlərinin parçalarını tapıb. Hadisə şahidlərinin dediyinə görə, gənc oğlan qadınla hadisədən bir neçə saat əvvəl evə yaxın qəbirstanlığın yanında mübahisə edib. Daha sonra o, qadının başını “sanggot” kəsici alətlə bədənindən ayırıb.
Polis oğlanı saxlayarkən hadisəni törətdiyi silah onun üzərində olub. Qatilin evinə baxış keçirən polislər qadının qanlı paltarlarını da aşkar edib.
Ərazinin polis rəisi Maribeth Ramoga hadisə haqqında bunları deyib: “Bagtong qadını öldürdüyünü etiraf etdi. O qadını ingilis dilində danışdığı zaman üzüldüyünü bildirərək öldürdüyünü deyib. Qadını öldürdükdən sonra başını kəsib və beynini kəllə sümüyündən çıxarıb. Beynini bişirib yedikdən sonra, kəlləsini evinin yaxınlığındakı boşluğa atıb”.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır