Qadın məşqçi azyaşlı şagirdləri ilə əlaqədə olub - FOTO
Cənubi Afrika Respublikasında qalmaqallı olayın üstü açılıb. Qadın məşqçinin yetkinlik yaşına çatmayan şagirdləri ilə cinsi əlaqədə olduğu məlum olub.
“Minval.İnfo” xəbər verir ki, hadisə ölkənin ən prestijli məktəblərindən olan “Bishops Diocesan College”də baş verib. Su polosu məşqçisi Fiona Viotti nin 18 yaşına çatmayan 5 şagirdi ilə cinsi əlaqədə olduğu iddia edilir.
30 yaşlı evli müəllimə ötən ay kollecdən istefa verdiyini açılaqmışdı. Bu günlərdə isə məktəbin şagirdlərindən biri müəllimənin yetirmələri ilə münasibətdə olduğunu iddia edib.
Məktəb rəhbərliyinin araşdırması zamanı onun daha 4 yetkinlik yaşına çatmayan şagirdlə əlaqədə olduğu müəyyənləşib. Fiona Viotti onlarla 2013-2019-cu illərdə birlikdə olub və bu olay üzə çıxmadan bir neçə gün əvvəl istefa verib.
Məlumata görə, Fiona Viotti 2018-ci ildə evləndiyi risk sərmayədarı Pavo Viotti ilə ailə həyatı qurmazdan əvvəl də, sonra da şagirdləri ilə birlikdə olub.
Fiona Viotti olayla bağlı açıqlama verməyib. Vəkili isə onun psixoloji yardım aldığını bildirib.
Onun ərindən boşanacağı da bildirilir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır