Qadın iti tumarladı: Əlləri və ayaqları amputasiya olundu
ABŞ-n Ohaya ştatının sakini Meri Treyner itin tüpürcəyi vasitəsilə ağır infeksiyaya yoluxaraq, yuxarı və aşağı ətraflarından məhrum olub. Bu barədə Fox8 yazır.
Qeyd edilir ki, Karib adalarında keçirdikləri məzuniyyətdən qayıtdıqdan sonra, qadın özünü pis hiss eləməyə başlayıb. Onun bel nahiyyəsi güclü ağrıyır, ürəyi bulanırdı. Lakin Treyner qripə yoluxduğunu düşünürdü.
Bir müddətdən sonra halı pisləşdiyi üçün qadın xəstəxanaya yerləşdirilir. İntensiv terapiyaya baxmayaraq, Treynerdə sepsis başlayır. O, süni komaya salınsa da, artıq qanqrena başlamışdı. Həkimlər qadının həyatını xilas etmək üçün, onun dizdən yuxarıyadək ayaqları və əllərini amputasiya etməli oldular.
Bildirilir ki, Treynerin analizlərində, adətən, it və pişiklərdə rast gəlinən “Capnocytophaga” bakteriyaları aşkar edilib. Bu bakteriyalar ya heyvanın dişləyi, ya da tüpürcəyi ilə ötürülür.
Həkimlər Treynerin özünün itlərindən birindən yoluxduğunu düşünürlər. Hadisəyə baxmayaraq, qadın heyvanlarını əvvəlki kmi sevdiyini bildirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək