Qaçırılan körpə 55 ildən sonra tapıldı
ABŞ-da 55 il əvvəl oğurlanan uşaq tapılıb.
Axşam.az xəbər verir ki, Dora Fronçak adlı qadım 1964-cü ildə oğlan uşağı dünyay gətirib. Növbəti gün palataya daxil olan və tibb bacısı olduğunu söyləyən qadın uşağı həkimin yanına aparmaq adlı ilə götürərək aradan çıxıb. Həmin hadisədən sonra qadını tapmaq mümkün olmayıb. İki ildən sonra Nyu-Cersidə Dora Fronçakın oğluna bənzəyən oğlan uşağı tapılıb. Onu ehtimal olunan anasına qaytarıblar.
2014-cü ildə genetik testlər göstərib ki, Françak Nyu-Cersidən olan uşağın anası deyil. Federal Təhqiqat Bürosu bundan sonra axtarışları bərpa edib.
Nəhayət, bu il qadının əsl oğlu tapılıb. 55 yaşlı kişinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Onun hansı məqsədlə qaçırıldığı isə məlum deyil.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ