Qəzza sektorunda İsrail hərbçilərinin açdığı atəş nəticəsində 3 fələstinli həlak olub
Qəzza sektorunda İsrail hərbçilərinin açdığı atəş nəticəsində 3 fələstinli həlak olub.
“Report”un məlumatına görə, bu barədə RİA “Novosti”yə yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Mahmud bildirib.
“Bu gün səhər “Əl-Əndunisi” xəstəxanasına üç fələstinlinin meyiti gətirilib. Onlar gecə sərhəddə İsrail hərbçiləri tərəfindən öldürülüblər”, – deyə müsahib agentliyə bildirib.
Hərbçilər daha əvvəl bildiriblər ki, anklavın şimal hissəsində bölücü tikintilərə yaxınlaşmış silahlı insanlara qarşı tanklar və döyüş helikopterləri tətbiq edilib.
Bu, artıq avqustun başlanğıcından dördüncü belə hadisədir.
Daha əvəl İsrailin hava hücumundan müdafiə sistemi olan “Dəmir qübbə” Qəzza bölgəsindən atılan raketi zərərsizləşdirib.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək