“Qərara gəldik ki, marketə girək” — Borc-xərclərinə “çarə” tapan oğrular – VİDEO
“Minval.info” xəbər verir ki, Cəbrayılın Böyük Mərcanlı kənd sakini Qüdrət Qurbanov polis şöbəsinə müraicət edərək ona aid mağazanın kassasından 347 manat, içərisində 6875 manat olan seyf və müxtəlif adda siqarətlərin oğurlandığını bildirib.
Əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Böyük Mərcanlı kənd sakinləri – Yalçın Abbasov və Rahib Həşimov saxlanılıb. Onlar əməllərini etiraf edərək bildiriblər ki, əvvəlcədən plan qurub mağazanın dam hissəsindən içəri daxil olublar. Oğurladıqları seyfi gizlədib bir neçə gün sonra kəsərək içərisindəki pulu götürüblər.
Yalçın Abbasov – Saxlanılan şəxs: “Dostum Rahiblə çayxanada oturmuşduq. Borcdan-xərcdən söz düşdü. Dedik, nə edək, qərara gəldik, marketə girək. Damdan girdik seyfi və 54 blok siqateri götürdük”.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Rahib Həşimov – Saxlanılan şəxs: “Mağazaya girdik, siqaret və seyf götürdük. Seyfi gizlətmişdik, 10 gündən sonra açıb içərisindəki pulu götürdük”.
Faktla bağlı istintaq davam etdirilir.
https://www.youtube.com/watch?v=MFeJ1TehhZQ
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO
