Qələbəmizə şübhə yaradanların nəzərinə!
Qarabağ Rusiyanın yox, Azərbaycanın nəzarətinə keçir! Bu prosesin mərkəzində, bünövrəsində Azərbaycan xalqının, Ordumuzun və Prezident İlham Əliyevin iradəsi dayanır. Həm də bütün bunlar Türkiyə Cümhuriyyəti, onun siyasi və hərbi elitasının yaxından və sistemli dəstəyi sayəsində baş verir.
Türkiyə neçə aydır bu cür möhtəşəm proses aparır ölkəmizdə (hərbi təlimlərdən üzü bəri). Türkiyə heç vaxt bu prosesi Rusiyaya dövr edib, kənara çəkilməz! Türkiyə Azərbaycanı Rusiyaya təslim etməz! Türkiyə Azərbaycanı yalnız buraxıb çəkib getməz!
Prezident İlham Əliyev xalqla birgə möhtəşəm qələbəyə imza atdı.
İlham Əliyev Azərbaycanı bütövləşdirir. İşğaldakı torpaqları – Qazax rayonunun 7 kəndi də daxil – işğaldan azad edir.
Ali Baş Komandan Şuşa daxil torpaqlarımızın bir qismini hərbi yolla azad etdi, yerdə qalanını da diplomatik yolla qaytarır. Yeri gəlmişkən, Türkiyə Ordusunun bölmələri də Qarabağda sülhməramlı qismində iştirak edəcək. Daha nə istəyirik ki… Ən önəmli məqam budur ki, Ermənistanın arzusu olan Dağlıq Qarabağın statusu məsələsinə son qoyuldu.
Bir də hazırda Ermənistan və Azərbaycan cəmiyyətlərinin reaksiyalarına baxaq.
Düşmən ölkədə hamı qəzəblidir, Paşinyanı axtarır, dövlət idarələrinə hücum edir. Əsəbi kütlə Ermənistan parlamentinin spikerini linç edib.
Azərbaycanda, paytaxt Bakıda isə xalq gecəyarıdan küçələrə axışıb qələbəni bayram edir. Ortada Azərbaycanın möhtəşəm qələbəsi var! Xalqımız hazırda ona sahib çıxır. Çünki bu onun halal haqqıdır!
ƏLAQƏLİ
“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT - FOTO
Artıq səhər açılır. Qələbəyə açılan sabahınız xeyir!
Azər AYXAN
“Yeni Müsavat” Media Qrupu rəhbərinin 1-ci müavini
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ