Putinin siyasətində şok gəlişmə – Separatçı bölgə geri qaytarılır
“Rusiya Moldovadakı separatizmi bu ölkənin ərazi bütövlüyü çərçivəsində həll etmək istəyir. Ötən həftə XİN rəhbəri Lavrov bununla bağlı “top”un Kişinyovda olduğunu bildirdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert qeyd edib ki, NATO və Avropa İttifaqının getdikcə Rusiya sərhədlərinə yaxınlaşdığını görən Moskva Dnestryanı bölgənin Moldova tərkibində geniş muxtariyyət alması müqabilində Kişinyovun bloklara qoşulmayacağının zəmanətini istəyir:
“Hələ 2000 ci illərin əvvəllərində Dnestryanı məsələnin həlli müqabilində Moldovanın neytral xarici siyasət aparacağı təklifi Brusseldə kəskin etiraza səbəb olmuşdu.Moldovanın o vaxtkı prezidenti Voronin razılığa gəlməmişdi, nəticədə o öz postundan “getməli” oldu.
Beləliklə, bir tərəfdən Moldovanın onsuz da gec -tez Aİ və NATO ölkəsi olacağına əmin olan Brüssel, digər tərəfdən bu labüdlüyü görən Moskva və onun Kişinyova təklifi”.
Zaur Məmmədov Ermənistan-Azərbaycan münaqişəsinə də diqqət çəkib:
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
“Qarabağ məsələsində biz də təkliflər gözləyirik. Bir neçə il əvvəl Moskvanın bir neçə rayon əvəzinə rus sülhməramlılarının bölgəyə yerləşdirilməsi tklilfi kimi yoxş, Qarabağın Azərbaycan tərkibində yüksək statusu əvəzinə ölkəmizin blok seçməsi, enerji layihələrinə Ermənistanın qoşulması, Xəzərdə qaz lahiyələrinin şimalla birgə istismarı və sair kimi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək