Putindən Ərdoğana: Bunu alsan, limuzini hədiyyə edərəm - VİDEO
Ötən gün Rusiyanın Jukovsk şəhərində açılan “MAKS-2019” Beynəlxalq Aerokosmik Sərgisində Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında maraqlı dialoqlar yaşanıb.
Dövlət başçıları sərgidə nümayiş etdirilən müxtəlif nəqliyyat vasitələrinə baxış keçirərkən zarafatlaşıblar.
İki lider sərgidə nümayiş etdirilən stendləri gəzərkən RF liderinin istifadə etdiyi “Aurus” limuzininə baxıb. R.T.Ərdoğan maşının qiymətini soruşanda V.Putin 18 milyon rubla satıldığını bildirib. Türkiyə Prezidenti buna cavab olaraq “fikirləşərəm” deyib.
Dövlət başçılarının maraqlı dialoqu helikopterə baxış zamanı davam edib. V.Putin türk liderə xitab edərək qiyməti səkkiz milyon dollar olan helikopteri satın alarsa, limuzini ona hədiyyə edəcəyini vurğulayıb.
R.T.Ərdoğan rusiyalı həmkarının təklifinə “ok” deyib.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək