Putindən gürcü jurnalistə cavab: Onun üçün böyük şərəf olardı
Gürcüstan xalqına hörmətə görə və Gürcüstanla ikitərəfli münasibətlərin qorunması naminə bu ölkəyə qarşı sanksiya tətbiq etməyə dəyməz.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Dövlət başçısı gürcü jurnalist Georgi Qabuniyanın onun ünvanına təhqiramiz sözlər işlətməsi ilə bağlı yaranmış mübahisələrə də münasibət bildirib:
“Birisi özünü nəsə hesab edərək ortaya çıxıb. Heç kəs onun barəsində əvvəllər heç nə bilmirdi, indi isə hamı ondan danışır. Bu mənada, o, istəyinə nail olub”.
V.Putin qeyd edib ki, tarixi bilməyənlər Gürcüstanda Rusiya əleyhinə ab-hava formalaşdırırlar və nəticə etibarilə Gürcüstana zərər yetirirlər:
“Gürcüstanlı jurnalist Georgi Qabuniyaya qarşı cinayət işi açmaq onun üçün böyük şərəf olardı. Qoy, veriliş yayımlanmağa davam etsin”.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Xatırladaq ki, “Rustavi-2” telekanalının aparıcısı G.Qabuniya iyulun 7-də özünün müəllif verilişində Rusiya Prezidenti və onun valideynlərinin ünvanına təhqiramiz ifadələr işlədib.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək