Putin Zelenskiyə qarşı olaraq Saakaşviliyə “sahib” çıxdı

Ukraynanın şərqində Rusiyayönümlü separatçıların nəzarətində olan Donetsk və Luqansk vilayətlərində yaşayanlara Rusiya vətəndaşlığının verilməsini asanlaşdıran sərəncamdan sonra Ukrayna ilə bu ölkə arasında gərginlik artıb. Belə ki, yeni prezident Vladimir Zelenski rusiyalı həmkarına müraciət edərək ondan bu pasportla ukraynalıları aldatmamağa çağırıb: “Rusiya pasportu dinc etirazlara görə həbs olunmaq, azad və rəqabətin olduğu seçkilər hüququna malik olmamaq, azad insan hüquqlarının olmamağı deməkdir”.
“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən xəbərinə görə, Rusiya prezidenti Vladimir Putin Zelenskiyə insan haqlarını müdafiə etmək üçün ilk öncə gürcülərdən, xüsusilə Mixail Saakaşvilidən başlamağı tövsiyə edib.
“Azadlığa gəlincə, bu mənada hətta Rusiyadan, rusiyalılardan yox, tutaq ki, gürcülərdən və ya keçmiş gürcülərdən başlamaq lazımdır. Məsələn, keçmişdə gürcü olan, indi isə özünü ukraynalı hesab edən şəxsə – Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığına dair pasportu təqdim etmək ədalətli olardı”, – deyə Putin qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əhəd Abıyev avtomobil qəzasına düşüb
Fazil Məmmədov labirintdə - holdinqinin rəhbəri dəyişdi
Lənkəranda “patı” əməliyyatı: 6 nəfər saxlanılıb
Qırğızıstanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib
Bakıda bu yaşayış yerləri plana düşdü (ÜNVANLAR)