Putin onu təhqir edən gürcü jurnalist haqda danışıb
“Hər hansı cinayət işi başlamaq onun üçün böyük şərəf olar”.
APA-nın Moskva bürosunun xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Gürcüstanda “Rustavi 2” telekanalının aparıcısına cinayət işi açılması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.
“Qoy, o, bundan sonra da işləsin”, – deyə V. Putin vurğulayıb.
Qeyd edək ki, bu günlərdə “Rustavi 2” telekanalının aparıcısı Girogi Qabunia aparıcısı olduğu verilişdə Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra telekanalın binasının qarşısında etiraz aksiyası keçirilib və yayımının dayandırılması tələb edilib. Aksiya səbəbi ilə baş direktor Nika Qvaramia yayımının dayandırıldığını bəyan edib. Daha sonra telekanal yayımını bərpa edib. Aparıcı Giorgi Qabunianın 2 ay müddətinə kanalın efirindən uzaqlaşdırılmasına qərar verilib. Bundan başqa, aparıcının telekanalın efirində yayımlanan istənilən proqramda iştirakı da qadağan edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ