Putindən məşhur azərbaycanlı barədə sərəncam
Rusiya prezidenti Vladimir Putin 40-dan çox hava limanının adının dəyişdirilməsi barədə sərəncam imzalayıb.
Redaktor.az Ria Novosti agentliyinə istinadən xəbər verir ki, onların arasında Vnukovo, Şeremetyevo və digər hava limanları da var.
Moskvanın Vnukovo hava limanına təyyarəçi Andrey Tupolevin, Domodedovo hava limanına alim Mixail Lomonosovun, Şeremetyevo hava limanına şair Aleksandr Puşkinin, Surqut hava limanına azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.
Qeyd edək ki, 1978-1987-ci illərdə Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi “Qlavtumengeologiyaya” rəhbərlik edən azərbaycanlı Fərman Salmanov, bölgədəki nəhəng neft və qaz yataqlarını kəşf edib. O, SSRİ Geologiya nazirinin birinci müavini işləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək