Putin kosmodroma görə rəsmiləri danlayıb
Rusiyanın Uzaq Şərqindəki kosmodroma səfəri zamanı Rusiya prezidenti Vladimir Putin deyib ki, o rəsmilərdən bu obyektə “daha məsuliyyətli yanaşma” gözləyirdi.
Vostoçnı kosmodromunun adı tez-tez korrupsiya qalmaqalları ilə bağlı çəkilir. Üstəlik bu start meydançasının istifadəyə verilməsi dəfələrlə təxirə salınıb.
Sentyabrın 6-da Roskosmos agentliyinin rəhbəri Dmitri Roqozin və bu qurumun digər rəsmiləri ilə görüşündə Putin deyib ki, Amur vilayətindəki Vostoçnı kosmodromundan “daha məsuliyətlə istifadə oluna bilər və olunmalıdır”.
Çin sərhədinin yaxınlığındakı bu kosmodrom Rusiyanın Qazaxıstandan icarəyə götürdüyü Baykonur kosmodromundan asılılığını azaltmalı idi.
2016-cı ildən bəri Vostoçnı kosmodromundan bir neçə pilotsuz raketin startı olub. İlk pilotlu raketin uçuşu ötən ilə planlaşdırılmışdı.
Putin bu müşavirədə rəsmilərə deyib ki, kosmodromla bağlı bütün göstərişlərə vaxtında əməl edilməlidir.(azadliq.org)
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək