PSJ qarışdı: "Instagram"dakı layka görə qovulur"
Minval.info// PSJ-də Adrien Rabiotla bağlı daha bir qalmaqal baş verib.
Fanat.Az xəbər verir ki, 23 yaşı yarımmüdafiəçi komandasının Çempionlar Liqasında “Mançester Yunayted”ə yenildikdən sonra rəqibin veteran futbolçularından olan Patrik Evranın qələbə sevinci ilə bağlı “Instagram”da etdiyi paylaşımı bəyənib. Bu isə klubda narazılığa səbəb olub.
Bundan başqa o, “Mançester Yunayted”lə oyundan öncə gecə klubuna gedib. Bununla kifayətlənməyən Rabiotun matçdan sonra əyləndiyi videonu paylaşması azarkeşlərin qəzəbinə tuş gəlib.
Bu günlərdə PSJ rəhbərliyinin iclası keçiriləcək. Həmin iclasda Rabiotun müqaviləsinin ləğv ediləcəyi və komandadan qovulacağı deyilir.
Qeyd edək ki, Rabiot qışda “Barselona” ilə danışıqlar apardığı üçün heyətdən kənarlaşdırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qarabağ” – “Partizani” oyununun hakimləri açıqlanıb
DÇ-2022: İrlandiya - Azərbaycan oyunu başlayıb
"Qalatasaray" "Şalke"yə, "Barselona" "İnter"ə qarşı - Çempionlar Liqası
"Qarabağ” komandasını tərk edən ilk futbolçunun adı məlum olub
İslamiadanı Azərbaycanda yayımlayacaq telekanallar bəlli olub
Mahir Emreli: "Ən yaxşısını etməyə çalışıram"