“Professor Leqasov intihar etməyib”
Çernobıl AES-də baş vermiş qəzanın fəsadlarını aradan qaldırmaqda iştirak etmiş mayor Mixail Berqman eyniadlı serialda razılaşmadığı məqamlar barədə danışıb.
Axar.az xəbər verir ki, bu barədə “Moskovskiy komsomolets” yazıb.
Berqmanın sözlərinə görə, qəza və fəsadların aradan qaldırılması prosesi serialda düzgün işıqlandırılıb. Lakin Berqman hadisələr zamanı bir çox intihar faktının şahidi olsa da, akademik Leqasovun özünü öldürməsi ilə razılaşmayıb.
“Düşünürəm ki, Leqasovu öldürüblər. Onunla bir neçə dəfə görüşmüşəm. O, həmişə hökuməti tənqid edirdi”, – Berqman bildirib.
Xatırladaq ki, Çernobıl AES-də baş vermiş qəzaya həsr olunmuş “Çernobıl” serialında professor Leqasov obrazı sonda intihar edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək