Problemli kreditlər siyahısında adı çıxmayanlar nə etməlidir? – Açıqlama
Minval.info // Problemli kreditlərin həlli ilə bağlı imzalanmış sərəncamdan sonra martın 28-də müvafiq siyahı açıqlanıb. Tam siyahı isə aprelin 15-dən açıqlanıb. Bundan sonra bəzi vətəndaşlardan adlarının siyahıda olmaması ilə bağlı redaksiyamıza şikayətlər daxil olub. Bunlar, əsasən, bağlanmış banklarda kreditləri olan vətəndaşlardır.
Bəs həmin vətəndaşlar nə etməlidir?
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.
Onun sözlərinə görə, həmin vətəndaşlar üçün palatanın rəsmi saytında bölüm yaradılıb:
“Adları siyahıda tapılmayan, ancaq onlara kompensasiya və ya restrukturizasiya şamil edilməsindən əmin olan vətəndaşlar üçün elektron portalda “Apellyasiya komissiyasına müraciət” bölümü yaratmışıq.
Həmin bölümdə müvafiq xanaları dolduraraq, şikayət edə bilərlər. Apellyasiya komitəsi ona baxır və 15 iş günü müddətində vətəndaşa cavab verilir. Həqiqətən, ola bilər ki, hansısa texniki məsələ ilə bağlı həmin şəxsin adı siyahıda çıxmayıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maska taxmayan sürücülər də cərimələnir? - AÇIQLAMA
Xırdalanda 4 uşaq acınacaqlı vəziyyətdə yaşayır
İlk iş gününün hava proqnozu
Rauf Arifoğlu: “Fəlakət qapıdadır, küçələrdə ölə bilərik” VİDEO
Şəhid anasını bu vədlə aldadıb 11 min manat aldı...