“Problemin olmasından qorxuram”
“Seçki dairələrinin sərhədlərinin müəyyənləşdirilməsi ciddi məsələdir. Burada maraqların toqquşması, məntəqələrin yaradılması müzakirə edilir”.
“Minval.info” “modern.az”a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
MSK rəhbərinin sözlərinə görə, elə olmamalıdır ki, hansısa seçki məntəqəsi yaradılsın, digər yerlərdən ora gələn insanların səs verməyinə məcburiyyət olsun:
“Ola bilər, bəzi problemlərlə üzləşək. Hansı yerlərdə problem olmaq ehtimalı varsa, mənə elə gəlir ki, ilk o hissələrdən başlamaq, dairələrin sərhədlərini müəyyənləşdirmək lazımdır. Mən qorxuram ki, bu 125 dairənin hər birində özünü göstərsin. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Yaşayış məntəqələri arasında konflikt yaratmayaq. Bu baş verəndə rayon rəhbərliyinə problem yaradır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda erkən analıq: 2022-ci ilin statistikası
Rövşən Nəcəfdən "Sabah"a mövsüm öncəsi dəstək
Azərbaycanlılar qara siyahıda: Sərhəddə ciddi nəzarət!
Maaş və pensiyalar artır: Yeni müjdələr yolda!
Sənədsiz evlər kanalizasiya sisteminə qoşula biləcək?
Quba-Xınalıq yolunda sürüşmə: Təhlükə davam edir
Azərbaycan nefti 120 dollara doğru irəliləyir