“Prezidentliyim dövründə çox qocalmışam…” – Poroşenko
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko “Ukrainskaya Pravda” nəşrinə müsahibəsində ölkəni idarə etməklə bağlı çətin təcrübəsindən və gələcək həyat planlarından danışıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Poroşenko on ildən sonra özünü necə görməsi ilə bağlı suala cavabında gələcəyini Avropa ilə bağladığını qeyd edərək bu sahədə narahatlıq və şübhə hisslərinin dərin olduğunu da ifadə edib:
“Çox istərdim ki, orada yaşayım. Mən ömrümü Avropa Parlamentinin üzvü kimi başa vurmağı arzulayıram”.
Eks-dövlət başçısı hər kəsi prezident kimi işinin nəticələrini iki-üç il sonra mühakimə etməyə çağıraraq bəyan edib ki, o vaxta qədər çoxlarının rəyi dəyişəcək.
Bundan başqa, Poroşenko onun haqqında tarix kitablarında yazılıb-yazılmayacağı barədə danışmaqdan imtina etsə də, Ukraynanı ölkənin tarixinin ən çətin dövrlərindən birində idarə etdiyini xatırladıb.
“Mən çox qocalmışam, çünki prezident olmaq asan udulan çörək deyil. Lakin bu, kişilər üçün o qədər də qorxulu deyil. Mən prezident olduğum hər 5 ilə görə qürur hissi duyuram. Mən Ukrayna ilə fəxr edirəm. Fəxr edirəm ki, ölkə köklü şəkildə fərqlənir. Mənim səhvlərim də olub, buna görə də təəssüf ki, Allahdan bağışlanmağımı istəyəcək bir şeyim var”, – deyə o, sözlərinə əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
