Prezident ailəsi ilə Qubaya getdi
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfərə gediblər.
“Minval.info” xəbər verir ki, İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olub, “Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib.
İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə, Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub və Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşüb, qəsəbə sakinləri ilə birgə ulu öndər Heydər Əliyevin Qonaqkənd qəsəbəsində ucaldılan abidəsinin önünə gül dəstəsi qoyublar.
Sonda xatirə şəkli çəkdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qarabağ penaltidən vurdu, Şəfa məğlub oldu
Bakının Ceyhun Hacıbəyli küçəsi bağlanır!
SOCAR neftçiləri videoçarxla təbrik etdi
Bakıda və rayonlarda qida obyektləri bağlandı
Azərbaycan Hava Yolları Mərkəzi Asiyanın ən yaxşısı seçildi
Bakıda şənbə günü yağışsız, mülayim hava gözlənilir
Dağlıq ərazilərdə leysan və sel təhlükəsi!