Portuqaliyanın 15 bölgəsində koronavirusa görə yenidən karantin tətbiq edilib
Portuqaliya hökuməti Lissabonda, həmçinin şəhərə bitişik bölgələrdə koronavirus pandemiyasına görə yenidən karantin məhdudiyyətlərini artırıb. Saat 8-dən sonra kafe və mağazaların fəaliyyəti qadağan edilib.
APA-nın “İnterfax”a istinadən xəbərinə görə, bu barədə Portuqaliyanın Baş naziri Antoniu Koşta bildirib.
Onun sözlərinə görə, 15 bölgədə bu gündən etibarən müəyyən fəaliyyət növlərinə məhdudiyyətlər tətbiq edilib. Xüsusilə kafe və mağazalar axşam səkkizə qədər işləməli olacaqlar. Bundan əlavə, insanlar on nəfərdən çox olmayan qruplarda cəmləşə bilərlər.
Rəsmi məlumatlara görə, Portuqaliyada 21 may – 21 iyun tarixləri arasında koronavirusa yoluxanların sayı 9222-yə yüksəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi